A

UNEC Xarici Dillər departamentinin direktoru dosent Aysel Xəlilova Erasmus+ proqramının və “British Council” dəstəyi ilə İspaniya universitetlərində işgüzar səfərdə olub.

İşgüzar səfər çərçivəsində Aysel Xəlilova Malaqa Universiteti, Jaen Universiteti, Alkala Universiteti, Barselona Universiteti və Madrid Universitetinin Dillər departamentinin və Beynəlxalq əlaqələr departamentinin direktorları ilə görüşüb.

A.Xəlilova görüş zamanı ingilis dili üzrə tədris materialları, tədris zamanı istifadə edilən sillabuslar, tələbələrin biliyinin qiymətləndirilməsi prosesi ilə tanış olub və aidiyyatı strukturlarla müzakirələr apararaq, əməkdaşlıq imkanlarını müzakirə edib. 

TOP XƏBƏRLƏR