A

UNEC Biznes Məktəbinin “Biznesin idarəedilməsi” kafedrasının müdiri Sevər Məmmədova və UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva İsveçrənin Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO-da UNEC, Çinin Şanxay Universiteti və Qazaxıstanın Al Farabi Universitetinin tərəfdaş olduğu “ConnectEurasia: Dayanıqlı İnkişaf Üçün Birgə Online Təhsil Dizaynı" (“ConnectEurasia: designing collaborative online learning for sustainability”) adlı layihə çərçivəsində 1 həftə davam edəcək beynəlxalq vörkşopda iştirak edirlər. 

Bu layihə çərçivəsində onlayn əməkdaşlıq və dayanıqlı inkişaf mövzularında beynəlxalq təcrübə mübadiləsi həyata keçiriləcək. Seminarın məqsədi tələbələrin, müəllimlərin və mütəxəssislərin birgə fəaliyyətini təmin edərək, Avrasiya biznes kontekstində dayanıqlılığı inteqrasiya edən təhsil modellərinin inkişafını dəstəkləməkdir.

Layihə fəaliyyətləri iştirakçılara həmçinin yeni mühitdə mütəxəssis əlaqələri qurmaq, müxtəlif mədəniyyətlərdən olan komandalarla əməkdaşlıq etmək və müasir təhsil metodlarını tətbiq etmək imkanları təqdim edəcəkdir. Beləliklə, seminar həm UNEC-in beynəlxalq elmi fəaliyyətinə töhfə verəcəkdir.

Sözügedən beynəlxalq vörkşop 1 həftə davam edəcəkdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay