A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Erasmus+ proqramının Jean Monnet Modul fəaliyyətləri çərçivəsində həyata keçirilən "Avropa İttifaqında Effektiv Layihə İdarəetməsi: Ən Yaxşı Təcrübələr və Nümunələr" (EUPMO) layihəsi çərçivəsində "PMO Talks" adlı tədbirlər seriyası təşkil olunub.

Tədbir UNEC-in layihə idarəetmə sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də beynəlxalq layihələrdə uğurlu iştirakını dəstəkləmək məqsədini daşıyıb. Layihə idarəetməsinin əsas prinsipləri, layihə idarəetmə ofislərinin (PMO) rolu və funksiyaları, həmçinin Avropa İttifaqı layihələrində müasir idarəetmə metodları üzrə müzakirələr olunub.

İştirakçılar layihələrin effektiv şəkildə planlaşdırılması və icrasını təmin edən ən yaxşı təcrübələr, komanda işinin təşkil olunması və maraqlı tərəflərlə ünsiyyətin gücləndirilməsi mövzularında fikir mübadiləsi aparıblar. 

TOP XƏBƏRLƏR