A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana rəsmi səfər edib.

Səfər çərçivəsində UNEC nümayəndə heyəti Daşkənd Beynəlxalq Universitetində (DBU) olub.

UNEC rektoru prof. Ədalət Muradov və DBU-nun İcraçı Direktoru İskandar Yuldaşevin görüşü zamanı hər iki universitet arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq sahələrində gələcək perspektivlər və ortaq layihələrin həyata keçirilməsi müzakirə olunub. Görüşün nəticəsi olaraq, bir neçə əsas istiqamət üzrə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılıq əldə edilib və tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

TOP XƏBƏRLƏR