Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Latviya Təbiət Elmləri və Texnologiyaları Universiteti (LBTU) arasında onlayn görüş keçirilib.
Görüşdə UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Hüseyn Həsənov, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Afət Ələkbərova və həmin departamentin mütəxəssisi Gültac Tahirli, Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov, Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin direktor müavini Nəvai Əliyev iştirak edib.
Görüş zamanı universitetlər arasında qarşılıqlı əməkdaşlıq əlaqələri və ikili diplom proqramlarının fəaliyyəti haqqında müzakirələr aparılıb. Hər iki universitet arasında anlaşma momerandumunun imzalanması haqqında ilkin razılıq əldə olunub.