A

UNEC-in nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində işgüzar səfərdədir.

Macarıstanın ən qədim və nüfuzlu ali təhsil ocaqlarından biri olan Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində (BME) keçirilən görüşdə beynəlxalq əlaqələr üzrə prorektor, i.f.d. Hüseyn Həsənov, Maliyyə və Təminat Departamentinin direktoru və baş mühasib Seymur Nəcəfov, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Rauf Məmmədov, Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə və rektorun referenti Günel Əhmədova hər iki universitet arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş zamanı tələbə və müəllim mübadiləsi, birgə akademik təşəbbüslər, layihə tərəfdaşlığı və regional əməkdaşlıq modelləri üzrə geniş fikir mübadiləsi aparılıb. BME-nin mühəndislik, texnologiya və tətbiqi elmlər sahəsində Avropada yüksək nüfuza sahib olması UNEC üçün yeni əməkdaşlıq platformalarının açılması baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.

Tərəflər həmçinin tələbə cəlbi, beynəlxalq proqramlarda iştirak, müxtəlif tədris formatlarının həyata keçirilməsi və universitetlərarası əlaqələrin daha da gücləndirilməsi istiqamətində qarşılıqlı imkanları nəzərdən keçiriblər. BME-nin karyera xidmətləri, məzunlarla əlaqə sistemi və əmək bazarı ilə əməkdaşlıq modeli UNEC nümayəndələrinə təqdim olunub.

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti tərəfindən görüşdə universitetin professoru Lorant Földvari, həmçinin “Mühəndislik” kafedrasının müdiri Dr. Zsofia Kugler iştirak edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay