A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Macarıstanın Óbuda Universitetində iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirib.

Görüşdə UNEC-i Beynəlxalq əlaqələr üzrə prorektor, i.f.d. Hüseyn Həsənov, Maliyyə və Təminat Departamentinin direktoru və baş mühasib Seymur Nəcəfov, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Rauf Məmmədov, Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə, həmçinin rektorun referenti Günel Əhmədova təmsil ediblər.

Óbuda Universiteti tərəfindən tədbirdə Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Emese Baranyi, beynəlxalq əlaqələr üzrə direktor müavini Eszter Turopoli və professor Mónika Garai-Fodor iştirak ediblər.

Görüş zamanı tərəflər akademik əməkdaşlıq, ikili diplom proqramları, tələbə və müəllim mübadiləsi, beynəlxalq layihələr, o cümlədən tədqiqat təşəbbüsləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar. UNEC nümayəndələrinə Óbuda Universitetinin beynəlxalq əməkdaşlıq strategiyası, mühəndislik və texnologiya üzrə təcrübəsi, həmçinin innovativ tədris mühiti haqqında ətraflı məlumat təqdim edilib.

Tərəflər gələcək əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək, birgə layihələrin həyata keçirilməsi, beynəlxalq proqramların genişləndirilməsi və ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi istiqamətində qarşılıqlı dəstəyin davam etdirilməsi barədə razılığa gəliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay