A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Macarıstanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Budapeşt Korvinus Universitetində universitetin rektoru, professor Bruno van Pottelsberghe ilə görüş keçirib.

Görüş iki ali təhsil ocağı arasında strateji əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran akademik istiqamətlərin müəyyənləşdirilməsi məqsədi daşıyıb. 

Görüş çərçivəsində ali təhsildə beynəlxalqlaşma, birgə təhsil proqramları, ikili diplom imkanları, tələbə və akademik mobillik, elmi tədqiqat sahəsində əməkdaşlıq və qlobal layihələrdə birgə iştirak perspektivləri ətrafında müzakirələr aparılıb. Budapeşt Korvinus Universitetinin beynəlxalq reytinqlərdə mövqeyi və təhsil modelinin Avropa ali təhsil məkanında tutduğu yer xüsusi qeyd olunub. 

UNEC nümayəndə heyəti universitetin qlobal tərəfdaşlıqlarının genişləndirilməsi, beynəlxalq tələbə cəlbi və tədris keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib. Görüş zamanı iki universitet arasında institusional əməkdaşlığın dərinləşdirilməsinin hər iki tərəf üçün yeni imkanlar yaradacağı vurğulanıb. 

Görüşdə UNEC-i Beynəlxalq əlaqələr üzrə prorektor, i.f.d. Hüseyn Həsənov, Maliyyə və Təminat Departamentinin direktoru və baş mühasib Seymur Nəcəfov, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr şöbəsinin müdiri Rauf Məmmədov, Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə, həmçinin rektorun referenti Günel Əhmədova təmsil ediblər. 

Tərəflər qarşılıqlı etimada əsaslanan əməkdaşlığın davam etdirilməsi, birgə təşəbbüslərin planlaşdırılması və gələcək mərhələdə konkret əməkdaşlıq mexanizmlərinin formalaşdırılması barədə razılığa gəliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay