A

UNEC-in nümayəndə heyəti Macarıstanın aparıcı ali təhsil müəssisələrindən biri olan Budapeşt Korvinus Universitetində rəsmi səfərdə olub.

Görüş çərçivəsində iki universitet arasında əməkdaşlıq imkanları, əcnəbi tələbə cəlbi, tələbə və müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və gələcək akademik əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Tərəflər Korvinus Universitetinin Avropada iqtisadiyyat və idarəetmə sahəsində yüksək reytinqə malik olması fonunda əməkdaşlığın hər iki ali məktəb üçün əhəmiyyətli faydalar verəcəyini vurğulayıblar. Səfərin qarşılıqlı əlaqələrin genişləndirilməsi baxımından konstruktiv və məhsuldar keçdiyi qeyd olunub.

UNEC nümayəndə heyətində Beynəlxalq əlaqələr üzrə prorektor, i.f.d. Hüseyn Həsənov, Maliyyə və Təminat Departamentinin direktoru və baş mühasib Seymur Nəcəfov, Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici Əlaqələr şöbəsinin müdiri Rauf Məmmədov, Elmmetrika şöbəsinin müdiri Şəfa Əlizadə və rektorun referenti Günel Əhmədova yer alıb.

Budapeşt Korvinus Universiteti tərəfindən görüşdə Maliyyə İnstitutunun rəhbəri Dr. Kata Váradi və universitetin beynəlxalq əməkdaşlıq üzrə müdiri Péter Fehér iştirak ediblər.

Görüşün sonunda tərəflər birgə akademik layihələrin icrası, ikili diplom proqramlarının inkişafı və beynəlmiləlləşmə prosesində qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay