A

UNEC nümayəndə heyəti Macarıstana səfəri çərçivəsində ölkənin ali təhsil məkanında iqtisadiyyat və sosial elmlər üzrə ixtisaslaşmış Milton Fridman Universiteti və nüfuzlu təhsil mərkəzlərindən biri olan Mathias Corvinus Kollegiumu (MCC) ilə görüşlər keçirib.

Milton Fridman Universitetində keçirilən görüş zamanı tərəflər iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri, təhsil və araşdırma sahəsində birgə layihələrin icrası, tələbə və akademik mübadiləsi, həmçinin gələcək akademik əlaqələrin inkişafına dair mexanizmləri müzakirə ediblər. Universitetin beynəlxalq tərəfdaşlıqlara açıq olduğu və gələcəkdə əməkdaşlığa dair memorandum imzalanması imkanlarının nəzərdən keçirilə biləcəyi bildirilib.

Mathias Corvinus Kollegiumunda (MCC) baş tutan görüşdə isə tərəflər birgə təhsil və tədqiqat təşəbbüsləri, tələbə və müəllim mübadiləsi, eləcə də uzunmüddətli akademik tərəfdaşlığın qurulması kimi istiqamətlər üzrə fikir mübadiləsi aparıblar. Hər iki qurum UNEC və MCC arasında əlaqələrin genişləndirilməsi, ortaq layihələrin təşviqi və institusional əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı marağını ifadə edib.

Macarıstanın iki ali təhsil qurumu ilə keçirilən görüşlər UNEC-in beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi və yeni akademik tərəfdaşlıqların formalaşdırılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay