Fevralın 21-də Böyük Britaniyanın “TransTech Capital LLP” (TTK) şirkətinin nümayəndələri Simon Robeson, David Livesley ve Mahmut Sinoplu UNEC-də olub.
Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor dosent Şahin Bayramov və UNEC nəzdində fəaliyyət göstərən Texnologiya Transfer Mərkəzinin direktoru dosent Aydın Hüseynovla görüşən nümayəndə heyətinə UNEC-də elmi tədqiqatlar və innovasiya sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Texnologiyaların transferi və kommersiyalaşdırılması istiqamətində UNEC və “TransTech Capital” arasında potensial əməkdaşlıq imkanları müzakirə edilib.