A

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində pedaqoji heyət üçün “Qış məktəbi”ndə təlim keçmək məqsədilə Azərbaycanda olan ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.

UNEC-in “Xarici dillər” kafedrasının müəllimi Aynur Mirzəyeva amerikalı professora 2007-ci ilin aprelində aşkarlanan Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verib. Bildirib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Qonağa bildirilib ki, təkcə ötən əsrdə Azərbaycanın əhalisi üç dəfə erməni soyqırımına məruz qalıb.

Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edən amerikalı professor məzarlıqda gördüklərindən dəhşətə gəldiyini bildirib. O, Quba soyqırımını insanlığa qarşı cinayət adlandırıb. Xatirə kitabına ürək sözlərini yazan J.Sperandio burada gördüklərini çalışdığı universitetdə həmkarları və tələbələri ilə paylaşacağını bildirib.

UNEC-in müəllimləri qonağa Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Qubada həyata keçirilən soyqırımlar haqqında ingilis dilində nəşrlər təqdim ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay