A

Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin (AİM–MTU) nümayəndələri UNEC-də olub.

Rusiyalı nümayəndələr UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov və Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşları ilə görüşüblər. Görüşdə hər iki universitet arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müəllim-tələbə mübadiləsi, birgə elmi konfransların keçirilməsi və digər istiqamətlərdə müzakirələr aparılıb.

Sonra qonaqlar UNEC-in infrastrukturu, təlim-tədris prosesi ilə tanış olublar, imtahan prosesini müşahidə ediblər.

Səfər çərçivəsində AİM–MTU-nun müəllimləri UNEC-in Rus İqtisad Məktəbinin tələbələrinə “Rəqəmsal iqtisadiyyat” və “Özəl hüquq” mövzularında mühazirələr keçəcək.

TOP XƏBƏRLƏR