A

UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində pedaqoji heyət üçün “Qış məktəbi”ndə təlim keçmək məqsədilə Azərbaycanda olan Praqa Biznes Məktəbinin professoru Vadim Strilkovski (Wadim Strielkowski) universitetin müəllimləri ilə birlikdə Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib.

UNEC-in “Xarici dillər” kafedrasının müəllimi Aynur Mirzəyeva və "Humanitar fənlər" kafedrasının müəllimi Cəmilə Həsənova çexiyalı professora 2007-ci ilin aprelində aşkarlanan Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat veriblər. Bildirib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. A.Mirzəyeva təkcə ötən əsrdə Azərbaycanın əhalisinin üç dəfə erməni soyqırımına məruz qaldığını da qonağın diqqətinə çatdırıb.

Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edən çexiyalı professor gördüyü mənzərədən və törədilən qətliamdan çox təsirləndiyini vurğulayıb, faciə ilə bağlı həqiqətlərin dünyada geniş yayılmasının əhəmiyyətini qeyd edib.

UNEC-in müəllimləri professor Vadim Strilkovskiyə Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Qubada həyata keçirilən soyqırımlar haqqında ingilis dilində nəşrlər təqdim ediblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay