A

Azərbaycan Dövlət İqtisad Universitinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin Strateji inkişaf şöbəsinin müdiri Turan Süleymanov Tokat Gaziosmanpaşa Universitetinin Beynəlxalq əlaqələr departamentinin sosial media üzərindən canlı yayımlanan proqramının qonağı olub. 

Tokat Gaziosmanpaşa Universitetinin Beynəlxalq əlaqələr departamentinin İnstagram hesabından canlı yayımlanan proqramda Turan Süleymanov UNEC-də təhsil almanın üstünlükləri, təklif olunan təhsil proqramları, beynəlxalq reytinqlərdə mövqeyi və Tokat Gaziosmanpaşa Universiteti ilə mövcud olan əməkdaşlıq imkanlarıbarədə türk tələbələrə geniş məlumat verib.

Daha sonra Türkiyə tərəfindən Beynəlxalq əlaqələr departamentinin əməkdaşı Dr. Melih Taştan azərbaycanlı tələbələrə universitetlərimiz arasında mövcud olan Mevlana anlaşması və bu proqrama müraciət imkanları haqqında ətraflı məlumat verib. Proqramın sonunda  hər iki tərəfdən proramda iştirak edən tələbələrin suallarını cavablandılıb.

Tədbir barədə Tokat Gaziosmanpaşa Universitetinin yayımladığı xəbər

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay