Aprelin 20-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) ölkə üzrə direktoru Moon Jong Hyunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qonaq olub.
UNEC-in rektoru professor Ədalət Muradovun iştirakı ilə keçən görüşdə UNEC ilə KOICA arasında əməkdaşlığın istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Həmçinin ali təhsilin rəqəmsallaşdırılması, Rəqəmsal UNEC modelinə süni intellekt modulunun tətbiq edilməsi imkanları müzakirə olunub.