A

Almaniyanın Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru Məsud Əfəndiyev və Kanadanın Beynəlxalq Biznes Universitetinin fəxri rektoru professor Feridun Hamdullahpur UNEC-in tələbələri və gənc müəllimləri ilə görüşüb.

Tələbələrlə görüşən dünya şöhrətli alimlər onlara təhsilin əhəmiyyətindən, elm və təhsilin gənclərin inkişafındakı rolundan danışıblar, tələbələrin uğur əldə edə bilmələri və rəqabətqabiliyyətli ola bilmələri üçün bilik və bacarıqlarını daim inkişaf etdirməyi tövsiyə ediblər.

Gənc müəllimlərlə görüşdə isə ali təhsil sistemindəki yeni trendlərdən, tələbə-müəllim münasibətinin təkmilləşdirilməsi, eləcə də tədqiqatçılıq fəaliyyətindən, multidisiplinar tədqiqatın əhəmiyyətindən bəhs olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay