A

“Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” kampaniyası çərçivəsində UNEC-in ənənəvi “KitabAt” layihəsi Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində keçirilib.

 Kitabxana-İnformasiya Mərkəzinin (KİM) əməkdaşları və Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri UNEC kollektivinin layihəyə təqdim etdiyi kitabları müəssisənin qocaman sakinlərinə hədiyyə ediblər. 

KİM-in əməkdaşları fiziki məhdudiyyətli ahılları otaqlarında ziyarət edərək, onlarla həmsöhbət olublar. Asudə vaxtlarında mütaliə etdikləri kitablarla maraqlanıblar və onlara kitab bağışlayıblar.

Novruz ziyarəti hər kəsə xoş və unudulmaz anlar yaşadıb.

TOP XƏBƏRLƏR