A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələbə heyəti ilə görüş keçirib.

İnstitutun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva qonaqları salamlayıb. "UNEC Language Center"in rəhbəri, dosent Aysel Xəlilova, müəllimlər Elnarə Abbasova, Sənubər Səfiyeva, Fəqanə Əhmədova "How to Improve Speaking Skills", "How to Teach ESP" və "Content Integrated Language Learning " mövzuları üzrə çıxışlar ediblər. Tədbirin sonunda UNEC əməkdaşları mövzularla bağlı iştirakçılara ətraflı məlumatlar vermiş, onları maraqlandıran sualları cavablandırmışlar.

Təlimdən sonra UNEC əməkdaşları Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov ilə görüşüb. Dəyirmi masa ətrafında institutda ingilis dilinin tədrisinin təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə Naxçıvan Müəllimlər İnstitutunun Xarici dil kafedrası və UNEC Language Center arasında birgə əməkdaşlıq haqqında ilkin müzakirələr edilib.

Müzakirədən sonra Naxçıvan Müəllimlər İnstitutunun rektoru UNEC Language Center əməkdaşlarını institutun fənn kabinetləri və tələbələrin hazırladıqları əl işləri üçün ayrılan guşə ilə tanış edib.

Qonaqlara nümayiş etdirilən bu sənət əsərləri onlar tərəfindən yüksək qiymətləndirilib. Xatirə hədiyyəsi kimi UNEC Dil Mərkəzinə istedadlı tələbələrin əl ilə toxuduqları "Qarabağlar türbəsi" adlı əl xalçası təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay