A

UNEC-in Xarici Dillər Departamentinin nəzdində yaradılmış İngilis dili Müəllimləri Klubunun üzvləri ilə görüş keçirilib.

Departament direktoru, dos.Aysel Xəlilova ilk olaraq, iştirakçıları İngilis dili Müəllimlər Klubunun illik iş planı ilə tanış edib. Klubun ölkənin bütün ingilis dili müəllimləri üçün açıq olduğunu vurğulayıb.

Görüşdə ingilis dili müəllimlərinin tədris zamanı üzləşdiyi problemlər və həmin problemlərin həlli yolları istiqamətində müzakirələr aparılıb.

Sonra Xarici Dillərin Tədrisi Mərkəzinin müəllimi Nərmin Xəlilova tərəfindən "Navigating the Complexities" mövzusunda seminar keçirilib.

Seminarda müxtəlif dil bacarıqlarına sahib olan tələbələrin qiymətləndirmə meyarlarına da toxunulub. Eyni zamanda müəllimlərin tədris zamanı dərs prosesini daha interaktiv, maraqlı etmələri üçün yeni metod və strategiyalar barədə məlumat verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay