A

UNEC əməkdaşlarının və onların ailə üzvlərinin məzuniyyət günlərinin daha səmərəli təşkili məqsədilə UNEC-in Quba tədris, idman və istirahət kompleksində bədii ədəbiyyatlar və müxtəlif sahələrə dair kitabların yer aldığı guşələr yaradılmışdır.

Bu baxımdan, əməkdaşlar öz maraq dairələrinə uyğun kitabları mütaliə etməklə yanaşı, həm də mövzular üzrə müzakirələr aparmaq fürsəti əldə edirlər.

Əsaslı kitabxananın müdir müavini və UNEC-in doktorantı Yusif Musayev, “Biznesin idarə edilməsi” kafedrasının müəllimi və təhsil eksperti  Vüsal Kərimli, həmin kafedranın müəllimi Nurəddin Eynullayev, Doktorantura şöbəsinin böyük mütəxəssisi Leyla Yusifova və başqalarının iştirak etdiyi növbəti yay oxularında təhsilin idarə edilməsinə dair kitablar müzakirə edilib və UNEC-in beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR