A

UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Rövşən Həsənovun müəllifi olduğu “Ətraf mühitin iqtisadiyyatı” adlı dərsliyin təqdimatı keçirilib.

Təqdimatda fakültənin dekanı, dos.Elçin Eyvazov, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dos. Elşən Məmmədov, müəllimlər və tələbələr iştirak ediblər.

Kitabın müəllifi R.Həsənov çıxış edərək kitabın hazırlanması prosesi və strukturu haqqında ətraflı məlumat verib. Kitabda bakalavr və magistr pilləsində təhsil alan tələbələrin, həmçinin geniş oxucu kütləsinin dərslikdən istifadəsinin zəruriliyini vurğulayıb.

Tədbirdə E. Məmmədov “Ətraf mühitin iqtisadiyyatı” dərsliyinin hazırlanmasının vacibliyi və əhəmiyyətini qeyd edərək, dərslik haqqında fikirlərini iştirakçılarla bölüşüb.

Sonda müəllif tədbir iştirakçılarının kitabla bağlı suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay