UNEC Biznes Məktəbinin "Biznesin idarə edilməsi" kafedrasında 20 yanvar hadisələrinin 35 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbirdə professor, müəllim heyəti və kafedranın əməkdaşları iştirak ediblər.
Dəyirmi masada vətən yolunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, xalqın milli azadlığı, müstəqilliyi uğrunda Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri barədə geniş məlumat verilib. Tədbirdə bildirilib ki, Azərbaycan dövləti qanlı yanvar hadisələrinin qurbanlarının və şəhidlərimizin xatirəsini hər zaman hörmətlə yad edir. Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına daima xüsusi diqqət ayırır.