A

UNEC-də Gənc Müəllimlər Şurasının təşkilatçılığı ilə  növbəti “Açıq dərs” keçirilib.

“Açıq dərs”də Texnologiya və dizayn fakültəsi, fakültə daxilində olan kafedraların rəhbərliyi və UNEC Gənc Müəllimlər Şurasının üzvləri də iştirak ediblər.

Gənc Müəllimlər Şurasının üzvü, “Texnoloji maşınlar və sahə avadanlığı” kafedrasının müəllimi Elnur Hüseynzadənin keçdiyi açıq dərs “Maşın aqreqatı hərəkətinin nizamlanması. Nizamlama nəzəriyyəsinin əsasları” mövzusunda olub. Tələbələrə mövzu ilə bağlı ətraflı məlumat verən gənc müəllim, mühazirədən sonra onların suallarını cavablandırıb.

Müasir tədris metodları əsasında aparılan “Açıq dərs”də müəllimin mövzuya hakimliyi və tələbələrin aktivliyi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.  Gənc Müəllimlər Şurasının İdarə Heyətinin sədri, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev “Açıq dərs”lərin əhəmiyyətinə diqqət çəkərək, tədris ili boyu gənc müəllimlərin iştirakı ilə bu dərslərin davam etdiriləcəyini bildirib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay