UNEC-in “Fizika və kimya” kafedrasının müdiri, fizika üzrə elmlər doktoru, professor Rövnəq Rzayev “AMEA-nın professoru” adına layiq görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçirdiyi müsabiqədə ölkənin elm və ali təhsil müəssisələrindən 24 elmlər doktoru iştirak edib. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilən namizədlər AMEA Rəyasət Heyətinə təqdim edilib.
Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə keçirilən seçkinin nəticələrinə əsasən, Rövnəq Rzayev “AMEA-nın professoru” adına layiq görülüb.
Rövnəq müəllimi təbrik edirik və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!