A

UNEC-in  “Mühasibat uçotu və audit” kafedrasının professoru, iqtisad elmləri doktoru Fazil Hacıyev və Mingəçevir Dövlət Universitetinin (MDU) “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nüşabə Qədimlinin “İdarəetmə təhlili” adlı dərsliyi nəşr olunub.

“İdarəetmə təhlili” dərsliyinin elmi redaktoru UNEC-in  professoru, Sifariz Səbzəliyev, rəyçilər MDU-nun “İqtisadiyyat” kafedrasının professoru Füzuli Məmmədov, UNEC-in  “Mühasibat uçotu və audit” kafedrasının dosenti, Yəhya Mustafayev, “İqtisadiyyat və idarəetmə” kafedrasının dosenti Ənvər Sadıqov və MDU-nun “İqtisadiyyat” kafedrasının dosenti Mehman Hüseynovdur.

Dərsliyin birinci fəsli İqtisadi təhlilin nəzəri əsasları, iqtisadi təhlilin mahiyyəti, predmeti, üsulu və növlərindən bəhs edilib, ikinci və daha sonrakı fəsillərində təhlilinin nəzəri əsasları sənayedə marketinq fəaliyyəti, təşkilat və təsərrüfat subyektlərində məhsul istehsalı və satışı, təşkilatların əsas fondlarla, əmək resursları ilə və xammal materiallarla təmin olunması və məhsulun maya dəyərini xarakteristika edən göstəricilər sistemi və onların dəyişməsinə təsir edən amillər kompleks şəkildə təhlil edilib.

Dərslikdən iqtisadi ixtisaslar üzrə ali məktəblərdə təhsil alan bakalavrlar, magistrlər, doktorantlar, menecerlər, auditorlar və digər mütəxəssislər istifadə edə bilərlər.

228 səhifədən ibarət olan dərslik 2020-ci ildə Bakı şəhərində “MSV NƏŞR” nəşriyyatında çap olunub, 2 bölmə, 10 fəsil və əlavələrdən ibarətdir.

 Qeyd edək ki, “İdarəetmə təhlili” dərsliyi UNEC ilə MDU arasında əməkdaşlıq çərçivəsində dərc edilib.

TOP XƏBƏRLƏR