A

UNEC professoru ölkənin iqtisadi inkişafının qiymətləndirilməsi ilə bağlı tədqiqat aparıb.

UNEC-in “Mühasibat uçotu və audit” kafedrasının professor Fazil Hacıyevin “Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı təhlili və qiymətləndirilməsi” adlı məqaləsi “Theoretical & Applied Science” beynəlxalq elmi jurnalında dərc olunub.

UNEC professoru məqalədə son on ildə Azərbaycanın sosial-iqtisadi inkişafında əldə olunan uğurlu nəticələrdən bəhs edib. Əldə olunan nəticələrin əsas səbəbi kimi Azərbaycanın davamlı inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətini təhlil edib.

O, iqtisadiyyatın innovativ inkişafının innovasiyanın təşviqi probleminin həlli, innovativ sahibkarlığın formalaşması və inkişafı, fundamental vergi islahatları və bu sahədə kadr çatışmazlığının aradan qaldırılması ilə bağlı olduğunu bildirib. Tədqiqat işində ölkədə davamlı sosial-iqtisadi inkişafın nəticəsində milli iqtisadiyyatın səmərəliliyini xarakterizə edən göstəricilərin yüksəldiyi qeyd olunub.

 

 

TOP XƏBƏRLƏR