A

azpolitika.info

Bu yaxınlarda bir qrup tədqiqatçı alimin əsərlərindən ibarət “Умные города” (“Ağıllı şəhərlər”) adlı kitab nəşr olunub.

Ruminiya, Rusiya, Bolqarıstan, Serbiya, Slovakiya və Türkiyə nümunələri əsasında hazırlanan kitabda “ağıllı şəhərlər”in inkşaf prespektivlərindən bəhs olunur. Kitabın müəllifləri arasında Azərbaycandan olan alim, professor Zahid Məmmədov da var.

Professor Zahid Məmmədov “AzPolitika.info”-ya bildirib ki, “ağıllı şəhər” mövzusuna həsr olunan kitab Serbiyanın paytaxtı Belqradda dərc olunub: “Sözügedən kitab Ruminiya, Rusiya, Bolqarıstan, Serbiya, Slovakiya və Türkiyə nümunələri əsasında hazırlanıb. Bu kitabın ərsəyə gəlməsi üçün böyük bir kollektiv uzun müddət çalışmalar, tədqiqatlar aparıb. Kitabda “ağıllı şəhərlər”in infrastrukturunun və səmərəli fəaliyyətinin təşkilinə dair hansı addımların atılması mövzusunda nəzəri-praktiki fikirlərə, elmi yanaşmalara yer verilib.

Hesab edirəm ki, “ağıllı şəhərlər”in yaradılmasında insan kapitalından çox şey aslıdır. Biz görürük ki, “ağıllı şəhərlər” mövzusunda tez-tez konfranslar keçirilir və müxtəlif araşdırmalar aparılır. Ümidvaram ki, bu kitab gələcəkdə tədqiqatçıların fəaliyyəti üçün xeyrli olacaq”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay