A

UNEC-in müəllimi Cavid Süleymanlı 26 yaşında doktorantura təhsilini başa vuraraq, ölkənin ən gənc alimlərindən biri oldu.

Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı çərçivəsində UNEC ilə müqaviləsi olan Cavid Süleymanlı, İstanbul Universitetində aldığı doktorantura təhsilini uğurla başa vurub.

2019/2020-ci tədris ilindən İqtisadiyyat və işlətmə kafedrasında müəllim kimi çalışan Cavid Süleymanlı, bakalavr təhsilini menecment ixtisası üzrə UNEC-də, magistr təhsilini isə Türkiyənin Marmara Universitetində birib.

Gənc alimin yüksək impakt faktorlu jurnallarda da daxil olmaqla, yerli və beynəlxalq jurnallarda 18 elmi məqaləsi dərc olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay