A

UNEC-in Ağsaqqallar Şurasının sədri, məsləhətçi-professor, “Şöhrət” ordenli Əli Həsənovun 85 yaşı tamam olub.

Qocaman alimin 85 illik yubileyi münasibətilə İnzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgəriov, Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, kafedra müdiri professor Rövnəq Rzayev və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı yubilyarı evində ziyarət edib. Prorektor Şaiq Əsgərov Əli Həsənova UNEC rektorunun təbrik ünvanını çatdırıb, ona uzun ömür, cansağlığı arzulayıb.

Professor Əli Həsənov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirib, 60 illik pedaqoji fəaliyyəti ərzindəki təəssüratlarını, universitetlə bağlı xoş xatirələrini bölüşüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay