UNEC-in Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva fakültənin tələbələri ilə birlikdə Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunmuş Hərbi Qənimətlər Parkına səfər ediblər.
Tələbələr parkda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində, 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri, düşməndən qənimət götürülən hərbi texnika, ermənilərin qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat və digər sursatlarla tanış olublar.
Bu eksponatlar, sığınacaqlar, hərbi kazarmalar, 10 səddən ibarət müdafiə sistemi Vətən müharibəsinin gedişatı barədə məlumatlar tələbələrə Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmaq imkanı yaradıb.