A

UNEC kollektivi C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının 143-cü mövsümünün açılışı münasibətilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı, şair-dramaturq Hidayət Orucovun “İrəvanda yanan çıraq” əsərini izləyib.

Tamaşanın mistik atmosferi, emosional təsiri və aktyorların yüksək səhnə perfomansı UNEC kollektivinə yaddaqalan gün və xoş anlar yaşadıb. 

Qeyd edək ki, UNEC-in müəllim, tələbə və əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, onların mədəni mühitinin zənginləşdirilməsi, eləcə də teatr tamaşalarına maraqlarının artırılması və sosial əlaqələrinin genişləndirilməsi məqsədilə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə UNEC kollektivinin mütəmadi olaraq mədəni-maarif tədbirlərində, tamaşalarda və konsertlərdə iştirakı təmin edilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay