A

UNEC İnnovativ Gənclər Təşkilatı və İqtisadçı Vətənpərvərlər Təşkilatının birgə təşəbbüsü ilə tələbələr Azərbaycan Dəmiryolları Muzeyində olublar.

Ekskurisya zamanı tələbələr Azərbaycan dəmiryollarının zəngin tarixi və müasir inkişaf mərhələlərini əks etdirən eksponatlarla tanış olublar. Həmçinin dəmiryollarının keçmişdən günümüzə qədər keçdiyi bir əsrdən çox tarixi, Azərbaycan nəqliyyatının iqtisadi və strateji əhəmiyyəti, eləcə də innovasiyaların sektordakı rolu barədə muzeyin nümayəndələrindən maraqlı məlumatlar əldə ediblər..

Sonda tələbələr Azərbaycan Dəmiryol tarixindən və infrastrukturunun inkişafından bəhs edən sənədli film izləyiblər.

TOP XƏBƏRLƏR