A

UNEC-də Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan “Nəsimi” tamaşası nümayiş olunub.

UNEC tələbələrinin ifasında səhnələşdirilən tamaşanın ssenarisi Nəsiminin şeir və qəzəllərinə uyğun olaraq hazırlanıb. UNEC Yaradıcılıq Mərkəzinin “UNEC Tələbə Teatr” tərəfindən təqdim olunan tamaşada Şərqin böyük ədibi və filosofunun  həyat və yaradıcılığı tələbələrin ifasında canlandırılıb.

“Nəsimi” tamaşasının senari müəllifi UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, quruluşçu rejissoru UNEC Tələbə Teatrının bədii rəhbəri Vahid Orucoğlu, səs rejissoru isə Azər Məhərrəmovdur. Tamaşada Nəsimi obrazını Maliyyə və mühasibat fakültəsinin tələbəsi Məhəmmədəli İsmayılov, Fatma obrazını Iqtisadiyyat faküləsinin  tələbəsi Gülnur Imanova, Əmir Teymur obrazını İqtisadiyyat fakültəsinin tələbəsi Rəşad Aslanov, Yaşbək obrazını Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi İlham Quliyev, Şənqasini isə UNEC-in magisrti Aslan Əzimzadə canlandırıb.

Qeyd edək ki, Prezident İlham Əliyev “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncam imzalayıb. “Nəsimi” tamaşası Sərəncamdan irəli gələn tapşırıqların icrası çərçivəsində UNEC-in Tədbirlər Planına əsasən təşkil olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay