A

UNEC-in "İqtisadiyyat" fakültəsi həftəsonu tələbələrin asudə vaxtının səmərəli təşkili məqsədilə ekskursiyaları davam etdirir.

Növbəti ekskursiya Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna təşkil edilib. Səfər "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının dosenti Tahir Tarverdiyevin  təşəbbüsü ilə reallaşıb. Ekologiya ixtisası üzrə təhsil alan 173 və 174 saylı qrupların tələbələri Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda maraqlı bir gün keçiriblər. Tələbələr qədim qayaüstü rəsmlərə tamaşa ediblər. Onlar, həmçinin qoruğun açıq və qapalı muzeylərini gəzib, qədim eksponatlarla, maddi-mədəniyyət nümunələri ilə tanış olublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay