A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi maraqlı təşəbbüslə çıxış edib.

Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə UNEC THİK tərəfindən chess.com saytında online şahmat turniri keçirilib. Tələbələr tərəfindən böyük maraqla qarşılanan turnirdə yarışmaq üçün 80-dən çox tələbə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən tələbələrdən ibarət "UNEChess" whatsApp qrupu və chess.com da şahmat klubu yaradılıb.

Maraqlı və gərgin keçən "UNEC THİK - online şahmat turniri"nin ilk yarışı  başa çatıb.

Şahmat turnirinin qaliblərini təqdim edirik:

I yer - Fərid Abdullayev , İqtisadiyyat fakültəsi, IV kurs tələbəsi
II yer - Hüseyn Hacıyev, Biznes və menecment fakültəsi, I kurs tələbəsi
III yer - Vaqif Məmmədli , Biznes və menecment fakültəsi, II kurs tələbəsi

Qaliblərə UNEC THİK tərəfindən pul mükafatları və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, karantin müddətində könüllü şahmat yarışları 2 gündən bir təşkil olunacaq. Qoşulmaq istəyənlər UNEC THİK-ə müraciət etsinlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay