A

Zəfər Günü münasibətilə UNEC Dizayn Məktəbinin və Magistratura Mərkəzinin tələbələrinin əl işlərindən ibarət sərgi keçirilib.

UNEC-in gənc dizaynerlərinin rəsm əsərləri Qafqaz Busines Mərkəzində təşkil olunan “44 günlük dastan” adlı tədbirdə, eləcə də Ə.Əzimzadə adına ev muzeyinin keçirdiyi “Vətən tarix yazan igidlərini unutmur” adlı sərgidə nümayiş olunub.

Tələbələrin Vətən müharibəsinə həsr etdikləri rəsm əsərləri tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

TOP XƏBƏRLƏR