A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan esse və şeir müsabiqəsi keçirilib.

Bütün fakültələrin tələbələrinin iştirak etdiyi “Qarabağ - Azərbaycandır!” mövzusundakı müsabiqəyə təqdim olunan esse və şeirlər dosentlər Gülbəniz İsmayılzadə, Mətanət Əmrahova, Çinarə Qəhrəmanovanın təmsil olunduğu komissiya tərəfindən dəyərləndirdikdən sonra qaliblər müəyyən olunub.

Şeir müsabiqəsində Maiyyə və mühasibat fakültəsinin 626-cı qrup tələbələri İlkin Tağıyev və Fidan Şəfiyeva, Biznes və menecment fakültəsinin 900-cü qrup tələbəsi Elada Abdullayeva, esse müsabiqəsində isə Biznes və menecment fakültəsinin 908-ci qrup tələbələri Akif Qafarlı və Vüsal Kazımov, Maliyyə və mühasibat fakültəsinin 626-cı qrup tələbəsi Rəvan Məmmədov qalib olublar.

ÜFTTD-nin direktoru dosent Günarə Rzayeva və Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov qalibləri təbrik edərək, onlara sertifikatları təqdim ediblər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay