A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqədə 25-ə yaxın əl işi içərisindən seçilmiş 12 rəsm əsəri nümayiş olunub. UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova, kafedra müdiri dosent Elfanə Qasımova, UNEC Dizayn Məktəbinin katibi Aytən Ağayeva, komissiya üzvü Nisəxanım Hüseynova və UNEC Dizayn Məktəbinin THİK sədri Ruhəngiz Minacəddinovanın təmsil olunduqları münsiflər heyətinin qərarına əsasən qaliblər seçiliblər.

Qaliblər “Libraff” kitab evi tərəfindən kubok, hədiyyə, medal və diplomlarla təltif olunublar.

I yer - Mehriban Cavzıyeva
II yer - Səma Rəcəbova
III yer - Nəcibə Qənizadə

Müsabiqədə nümayiş olunan UNEC-in məzunu, şəhid Mirzəliyev Aqilin portreti Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və Dizayn Məktəbnin direktoru dosent Lalə Məmmədova tərəfindən şəhidin ailəsinə təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay