A

UNEC-in Maliyyə və mühasibat fakültəsinin rəhbərliyi abituriyent hazırlığı mərkəzlərində silsilə görüşlər keçirib.

Görüşlərin məqsədi 2-ci ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə UNEC barədə ətraflı məlumat vermək, onlara ixtisas seçimində dəstək olmaqdır. Abituriyentlərlə görüşən fakültə dekanı, dosent Gəray Musayev və dekan müavini Abdulkərim Sadıqov onlara UNEC-in ikili diplom və mübadilə proqramları, xüsusi və əlaçı təqaüdləri, elektron universitet modelindən danışıblar. Fakültə nəzdində olan ixtisaslar və karyera imkanlarından söz açıblar.

Qeyd edək ki, abituriyentlərin məlumatlandırılması məqsədilə fakültədə “1 Tələbə, 1 abituriyent” layihəsi davam etdirilir. Eyni zamanda fakültədə tədris olunan ixtisaslar, keçid balları, təhsil haqları barədə məlumatlandırıcı posterlər hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay