A

Abituriyentlərin ixtisasların mahiyyəti, əhəmiyyəti, karyera imkanları ilə tanış olması məqsədilə UNEC-də tədris olunan ixtisaslar barədə məlumatlar təqdim ediləcək. 

Kompüter elmləri ixtisası (050509)  hesablama texnikası, proqramlaşdırma, süni intellekt, informasiya sistemləri və texnologiyaları sahəsində mütəxəssislərin fəaliyyəti zamanı istifadə olunan nəzəri və praktiki bilikləri əhatə edən müasir, perspektivli  və daima inkişaf edən elm sahələri üzrə bakalavr hazırlığı üçün nəzərdə tutulub.

İxtisasın əsas istiqamətləri analiz metodlarından və işlənilmə texnologiyalarından istifadə etməklə informasiya sistemlərinin və intellektual sistemlərin layihələndirilməsi və hazırlanmasıdır.

Bu ixtisas tələbələrə kompüter sistemlərinin arxitekturası, sistem və tətbiqi proqram təminatı, alqoritmlər nəzəriyyəsi, proqramlaşdırma dilləri, verilənlər bazası, verilənlərin strukturu və təhlili, modelləşdirmə, layihələndirmə, kompüter şəbəkələri, kompüter qrafikası və əlavələrlə iş üzrə əsaslı biliklərə yiyələnməyə imkan verir.

Kompüter elmləri ixtisasını bitirən məzunlara məşğulluq bazarında, İT-şirkətlərdə, o cümlədən xarici şirkətlərdə daha çox tələbat olan vəzifələr:

  • Biznes analitiki;
  • kompüter sistemləri analitiki;
  • layihə meneceri;
  • intellektual informasiya sistemlərinin layihəçisi;
  • sistem arxitektoru;
  • Java, C ++, C # və PHP dilləri üzrə proqramçı;
  • Quality Control, QualityAssurance üzrə mütəxəssis;
  • MySQL və Oracle verilənlər bazasının  yaradıcısı və inzibatçısı;
  • sistem inzibatçısı
  • mühəndis-proqramçı

Kompüter elmləri üzrə mütəxəssislər nəzəriyyələrə əsaslanaraq informasiyanın manipulyasiya və yeni ötürülmə üsullarını yaratmaq üçün alqoritmlərdən və ali riyaziyyatdan istifadə edirlər. Geniş imkanlara malik Microsoft Office kimi istifadəçi proqramlarının, Windows və ya iOS kimi əməliyyat sistemlərinin yaradıcıları məhz bu sahənin mütəxəssisləridir.

Siz kompüter texnologiyaları üzrə bilikləri dərindən mənimsəmək,  maraqlı və çox ehtiyac duyulan tətbiqi və sistem proqramların, Web-saytların, 3D-modellərin və kompüter oyunlarının yaradıcısı olmaq və gələcəyinizi adı çəkilən sahələrlə bağlamaq istəyirsinizsə, o zaman UNEC-in Kompüter elmləri ixtisasını seçə bilərsiniz. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay