A

Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə “Azərbaycan universitetlərinə virtual infotur” layihəsinə start verilib.

Layihənin ikinci günündə ali təhsil müəssisələrindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) onlayn təqdimatı keçirilib. Sabunçu Gənclər Evinin Facebook və Youtube səhifəsindən canlı olaraq yayımlanan təhsil müəssisələrinin təqdimatları sosial şəbəkə üzərindən 2484 nəfərə çatıb, 700 nəfər izləyib.

Abituriyentlər virtual infoturda UNEC-in təhsil imkanları ilə yaxından tanış olublar. Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev ilə Ekspertiza və Standartlaşdırma fakültəsinin dekanı Tofiq Osmanov abituriyentləri maraqlandıran sualları cavablandırıblar.

Azərbaycan universitetlərinə virtual infotur” layihəsinin keçirilməsində məqsəd abituriyentlərə gələcək ixtisas və universitet seçimlərində yaxından köməklik göstərmək, rəqəmsal texnologiyanın imkanlarından istifadə etməklə universitet nümayəndələrinin vasitəsilə onların suallarını cavablandırmaq, eləcə də ali təhsil müəssisələrinin tələbələr üçün yaratdığı şərait və imkanları abituriyentlərə təqdim etməkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay