Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün bakalavr təhsili üzrə Dərbənd filialına abituriyent qəbulu elan edir.
Qəbul «Maliyyə və kredit», «Mühasibat uçotu, təhlil və audit» və «Ümumi iqtisadiyyat» ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə aparılır.
Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə 5 ildir.
Rusiya Federasiyasının vətəndaşları Rusiya Federasiyasının mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı (ЕГЭ) əsasında qəbul edilir.
Xarici ölkələrin vətəndaşları üçün qəbul Riyaziyyat, rus dili və xarici dil fənləri üzrə keçirilir.
Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul Riyaziyyat, Coğrafiya, Azərbaycan və ya rus dili fənləri üzrə keçirilir.
2021-ci ildə qəbul olunanlar üçün tələb olunan sənədlərin qəbul müddəti
1. Əyani təhsil forması
- Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, büdcə yerlərinə və müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun –26 avqust 2021-ci il tarixlərində;
- Keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun –20 avqust 2021-ci il tarixlərində;
2. Əyani-qiyabi təhsil
- Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun –26 sentyabr 2021-ci il tarixlərində;
- Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun –20 sentyabr 2021-ci il tarixlərində;
3. Qiyabi təhsil
- Vahid dövlət imtahanı (ЕГЭ) nəticələrinə əsasən, müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun –26 oktyabr 2021-ci il tarixlərində;
- Filial tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müqavilələr əsasında təhsil haqqının ödənilməsi ilə qəbul - 15 iyun –20 oktyabr 2021-ci il tarixlərində.
Qiyabi təhsil formasına yalnız ali təhsil bazasında qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına pdf formada aşağıdakı sənədlər göndərilməlidir:
- Qəbul üçün ərizə;
- Şəxsiyyət və vətəndaşlığı təsdiq edən sənədin rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
- Təhsil haqqında sənədin (attestat və ya diplomun) əsli və rus dilinə tərcümə edilmiş notarial təsdiqli surəti;
- Foto (3×4 ölçüdə, 5 ədəd)
- Qeydləri rus dilində aparılmış tibbi arayış (Forma 086-U)
Qəbul barədə ətraflı məlumatı rəsmi www.ageu-derbent.ru saytından və Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanından əldə etmək mümkündür.
Əlaqə: 0124926795; +994503184032
Ünvan: Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhəri, Heydər Əliyev küçəsi (keçmiş Sovetski küç.), ev 10B (auditoriya 101).