Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Elsevier B.V. şirkətinin birgə təşkilatçılığı ilə  11 iyun 2021-ci il tarixində saat 15:00-da “Author's workshop. Finding journal for publication in language and linguistics” mövzusunda ingilis dilində vebinar keçiriləcəkdir.

Təlimçi: Elsevier Mərkəzi Asiya və Azərbaycan üzrə məsləhətçisi – Rabiga Xojamkul

UNEC-in elmi-pedaqoji heyəti, doktorant, dissertant, magistr və tələbələri vebinara Zoom platforması üzərindən qoşula bilər. Vebinarda qeyd olunan prosedurları həyata keçirmək üçün  Scopus elmi platformasından qeydiyyatdan keçərək (təlimat) məsafəli istifadə hüququnu əldə etmək lazımdır.

Vebinarın sonunda şirkət tərəfindən sertifikatlar iştirakçıların elektron poçt ünvanlarına göndəriləcəkdir. Sertifikatın əldə olunması proseduru.

QEYDİYYAT

Qeydiyyat üçün son tarix: 11 iyun 2021-ci il, saat 14:00

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay