İndoneziya Respublikasının Azərbaycandakı səfirliyi  13, 15 və 16 sentyabr tarixlərində Bakıda “İndoneziya Mədəniyyət Festivalı” keçirəcək. Festivalda İndoneziyanin dövlət nümayəndələri, biznesmen, elm adamları və incəsənət xadimlərinin iştirakı gözlənilir.

Festival sentyabrın 13-də Heydər Əliyev adına sarayda, 15-16 sentyabrda isə  Fəvvarələr meydanında keçiriləcək. Festivalda musiqi, rəqs və İndoneziyanın ozünümüdafiə sənəti olan “Pencak silat” idman növü kimi incəsənət və mədəniyyət tamaşaları nümayiş olunacaq. Eyni zamanda İndoneziyanın turizm imkanları və məhsullarının təqdim olunduğu sərgi də keçiriləcək.

Azərbaycan və İndoneziya xalqları arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə keçirilən festivalda hər kəs iştirak edə bilər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay