2023/2024-cü tədris ili üçün UNEC-in Zaqatala filialı “İnformasiya texnologiyaları” fənninin tədrisini həyata keçirmək istəyən müəllim namizədlər üçün müsabiqə elan edir.

✓ Müsabiqə seçimlərində İT savadlılığına malik olan, yüksək pedaqoji keyfiyyətləri və bacarıqları olan namizədlərə üstünlük veriləcək.

✓ Tədris azərbaycan dilində təşkil olunur.

 

Müraciət üçün tələblər:

-magistr dərəcəsi olmalı;

-xarici universitet məzunlarının diplomu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən tanınmalıdır;

-elmi dərəcə, elmi məqalə, dərslik, fənn proqramının mövcudluğu arzuolunandır;

-ingilis dilində təhsil almış məzunlardan dil sertifikatı tələb olunmur;

 -sahə üzrə pedaqoji təcrübəsi olan namizədlərə üstünlük verilir;

Qeyd olunan tələblərə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

 

Müsahibə mərhələsində namizədlərin aşağıda qeyd olunan fərdi bacarıqları yoxlanılacaq:

✓ Fənn üzrə sillabus hazırlamaq;

✓ Nümunəvi dərsin keçirilməsi, tədris zamanı biliklərin auditoriyaya ötürülməsi.

 

Müraciət üçün sənədlər:

✓ CV (azərbaycan və ya ingilis dillərində);

✓ diplom və diplom əlavəsi (bakalavr və magistr);

✓ şəxsiyyət vəsiqəsinin surəti;

✓ sertifikatlar (əgər varsa).

 

Sənədlərin verilməsi üçün son tarix: 20.08.2023

Sənədlərinizi təqdim etmək üçün e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay