A

UNEC-in “Beynəlxalq iqtisadi əlaqələr”i xtisasının məzunu, Misirin Qahirə şəhərində f“Futures Education System”Təhsil Şirkətin “Futures Tech” məktəbində “Coordinator of Character Building Team and Teacher“ (“Şəxsiyyətin qurulması”) fənnin koordinatoru və müəllimi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət komitəsinin Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru və UNEC-in mərhum professoru Aydın Səmədovun qızı Səbinə Səmədova doğma universitetdə qonaq olub. 

UNEC KİM-in 24/7 Kitabxanasının və Rus İqtisad Məktəbinin təşkilatçılığı ilə baş tutan görüşdə kitabxananın müdiri Arzu Məmmədova, “İqtisadiyyat” (rus dilində) kafedrasının baş müəllimi Tahirə Kərimova, dosent Mehriban Səmədova, dosent Leyla Hacıyeva, Beynəlxalq Əməkdaşlıq Departamentinin şöbə müdiri Afət Ələkbərova iştirak ediblər.

Səbinə Aydın Misirdəki fəaliyyətindən, qazandığı uğurlardan bəhs edib. Belə ki, o, Qahirə Şəhərinin Təhsil Nazirliyinin İstedadlılar şöbəsinin  gənc nəslin şəxsiyyətini düzgün qurmaq yolunda fəaliyyətimə görə “Ən istedadlı müəllim” (2019-2020), El Nozha Rayonunun Təhsil İdarəsi tərəfindən “Yeni ideyaların sahibi” nominasiyasında “Ən fəal müəllim” (2020-2021 və 2021-2022 illərdə) adına layiq görülüb. Hazırda “Azərbaycanı Kəşf et” beynəlxalq rəsm müsabigəsinin rəhbəridir. 

UNEC məzunu "Xocalı Soyqırımı" sənədli filminin (ərəb dilində) baş rolunun ifaçısı olmasından, həmçinin vətənimizin tanıtımında Misirin rəsmi dövlət televiziya kanallarında bir sıra verilişlərdə yaxından iştirak etməsi barədə də qəsa məlumat verib. Fəaliyyətində ən uğurlu səhifənin isə müəllifi olduğu “Qarabağ - Azərbaycan” və "Azərbaycan Sədası" kitablarının ərəb dilində çapdan çıxması olduğunu qeyd edib.

Görüşdə UNEC-in qazandığı uğurlar, yeni əməkdaşlıqların qurulması, xarici tələbələrin UNEC-ə cəlb olunması ilə bağlı maraqlı müzakirələr aparılıb. 

Görüş çərçivəsində Səbinə Səmədova UNEC-in şəhid tələbə və məzunlarının xatirəsinə ucaldılan Memorial Abidə Kompleksini, Ümummilli lider Heydər Əliyevin büstünü və UNEC Muzeyini ziyarət edib.

UNEC Muzeyində davam edən görüşdə Səbinə Səmədova atası, mərhum professor Aydın Səmədovun xatirələrini onun sevimli kollektivi ilə bölüşüb. Atasından yadigar qalan, onun əziz əşyalarını – həmişə özü ilə gəzdirdiyi əl çantasını, qəlyanını və çəkdiyi rəsm əsərlərindən birini muzeyə hədiyyə edib. 

Sonda Səbinə xanım təşkilatçılara təşəkkürünü bildirib: “Atamın və mənim doğma univeritetimizdə oğlum Adəm ilə olmaq çox qürurvericidir, mən göz yaşlarıma sahib ola bilmirəm. Amma bu, xoşbəxtlik göz yaşlarıdır. Çünkü mən fəxr edirəm ki, atamın xatirəsini əziz tutan, yaşadan UNEC ailəmiz var”.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay