A

“Həftənin kitabı” layihəsi yeni tədris ilinə “Əhali statistikası” kitabının təqdimatı ilə start verir.

Kitabın müəllifi UNEC-in “Riyaziyyat və statistika” kafedrasının dosenti İlham Hüseynlidir.

Dərslikdə əhali statistikasının ümumi – metodoloji tərəflərinə, demoqrafik proseslərin tədqiqatının əsas metod və istiqamətlərinə, əhali haqqında məlumat mənbələri, əhali sayı, tərkibi və yerləşməsi, ailə və ev təsərrüfatı, doğum və ölüm, əhalinin demoqrafik qocalması, əhalinin təkrar istehsalı, nikahın bağlanması və pozulması, miqrasiya proseslərinin statistik öyrənilməsi, demoqrafik inkişaf, habelə, əhalinin sayı və tərkibnin proqnozlaşdırılması məsələləri kimi vacib mövzuların geniş təhlili verilib.

“Əhali statistikası” kitabı 2023-cü ildə “UNEC Nəşriyyatı”nda çapdan çıxıb. Kitab 488 səhifədir. Oxucu-istifadəçilər bu dərsliyi UNEC-in 24/7 Kitabxanasından, eləcə də universitetin bütün kitabxanalarından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR