A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsinə yenidən start verdi.

Müəllim və tələbələri zəngin kitabxana fondu ilə tanış etmək məqsədilə reallaşdırılan layihə çərçivəsində oxuculara hər həftə kitabxana fondundakı müxtəlif kitablar barədə məlumat veriləcək.

Oxucular bu dəfə “Könüllünün özəl kitabı”, “Könüllülərlə iş” kitabları ilə tanış olacaqlar.

Kitabların müəllifləri Nadil Adilman (Adilov), Atif Qəmbərov, Tural Hümbətovdur.

Kitablarda könüllülük fəaliyyəti, könüllülərlə işin sıfırdan qurulması, mümkün praktiki fəaliyyətlər və çətinliklər, onların aradan qaldırılması kimi məlumatlar öz əksini tapıb. Kitablar işgüzar inkişafda, karyerada müvəffəqiyyət qazanmaq istəyən, istər cəmiyyətdə, istərsə də kollektivdə könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü olan tələbələrə, həmçinin onların valideynlərinə, təşkilati fəaliyyətlərinə könüllü cəlb etmək istəyən qurumlara, bu qurumların könüllülərlə işləyən əməkdaşlarına gözəl töhfədir.

 “Könüllünün özəl” və “Könüllülərlə iş” kitabı 2020-ci ildə çapdan çıxıb.

Könüllülük fəaliyyəti ilə maraqlananlar kitabları UNEC-in 24/7 kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay