A

“Həftənin kitabı” bu dəfə “İqtisadiyyatın qısa tarixi” (A Little History of Economics) kitabını təqdim edir.

Kitabın müəllifi Böyük Britaniya dövlətinin iqtisadi-siyasi məsələlər üzrə eks-məsləhətçisi Nayl Kiştayndır (Niall Kishtainy). Qısa zamanda populyarlaşan kitabı azərbaycan dilinə Nuranə Əzizli tərcümə edib. Kitabın redaktoru isə Səfər Kəlbixanlıdır.

Təkcə iqtisadçıların deyil, cəmiyyətin bütün təbəqələrinin marağına səbəb olacaq bu kitab qədim dövrlərdən başlayaraq, günümüzə qədər gəlib çatmış müxtəlif ictimai-siyasi formasiyalarda iqtisadiyyatın təməl prinsiplərini araşdıran alimlərin baxışlarına, cəmiyyətin daha düzgün və səmərəli həyat tərzinin formalaşdırılması uğrunda onların apardıqları müzakirə və mübahisələrə həsr olunub. Kitabın sonuncu fəsli “Niyə iqtisadçı olaq?” adlanır. Bir çoxları üçün bu fəsil daha maraqlı olacaq və indiyədək yaranan bir sıra suallar cavabını tapacaq.  

“İqtisadiyyatın qısa tarixi” kitabı 2021-ci ildə “Qanun” Nəşriyyatında çapdan çıxıb. Kitab 328 səhifədir. Oxucu-istifadəçilər kitabı UNEC-in 24/7 Kitabxanasından əldə edə bilərlər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay